Logo

Qazaxıstanda 17-ci Astana danışıqları başladı

Qazaxıstanda 17-ci Astana danışıqları başladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Suriya böhranının həlli üçün Astana danışıqlarının qarantı olan Türkiyə, Rusiya və İranın nümayəndə heyətləri Qazaxıstanın paytaxtı Nur Sultanda 17-ci dəfə bir araya gəlib.

Sfera.az xəbər verir ki, görüşlərdə Türkiyəni Suriya Xarici İşlər Nazirliyinin baş direktoru səfir Selçuk Ünalın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Danışıqlar çərçivəsində Türkiyə nümayəndə heyəti əvvəlcə BMT-nin Suriya üzrə xüsusi nümayəndə heyəti ilə görüşüb.

İki gün davam edəcək iclasın gündəliyindəki məsələlər Suriyadakı mövcud vəziyyət, humanitar yardımın çatdırılması, Suriya Konstitusiya Komitəsinin Cenevrədəki işinin bərpası, əsirlərin mübadiləsi, girovların azad edilməsi və itkin düşmüş şəxslərin axtarışıdır.

Qeyd edək ki, Suriya ilə bağlı Astana danışıqları 2017-ci ildə Türkiyə, Rusiya və İranın qarantı altında Suriya böhranının həllinə nail olmaq üçün başlayıb.

Turan Rzayev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR