Bütün dünyada qeyri-müəyyənlik davam edir - Yıldırım
Kateqoriya məlum deyil
Koronavirus səbəbilə bütün dünyada qeyri-müəyyənlik davam edir.
Sfera.az xəbər verir ki, bunu Türkiyənin sabiq baş naziri Binəli Yıldırım deyib.
"Bir çox ölkələrdə iqtisadiyyatda məzənnənin dəyişməsi davam edir. Amma bu belə davam etməyəcək. Hər çətinliyin arxasında bir rahatlıq vardır", - Yıldırım söyləyib.
Türkiyənin bölgədə önəmli güc olduğunu vurğulayan Yıldırım ölkəsinin insan kapitalını inkişaf etdirən nadir ölkələrdən biri olduğunu vurğulayıb:
"Biz hakimiyyətə gələndə genişzolaqlı internet yox idi. Hazırda on minlərlə mobil stansiyamız var. Xaricdə 50 min kilometr fiber infrastrukturumuz var".
(Axar.az)






