İran neft satışından əldə etdiyi gəliri açıqlayıb
Kateqoriya məlum deyil
İran 1979-cu ildən bu günə kimi 1 trilyon dollar dəyərində neft satıb.
Sfera.az bildirir ki, bu barədə "Mehr” agentli Milli Neft Şirkətinin baş direktoru Möhsün Xocasteyə istinadən xəbər verib.
Qeyd edək ki, İran sanksiyalara qədər dünyada ən çox neft ixrac edən ölkələrdən biri olub. İranın gündəlik neft ixracı 2 milyon barel səviyyəsində olmaqla dünyada ən çox neft satan bir neçə ölkədən idi.
Sanksiyalardan sonra İranın neft ixracı dəfələrlə azalıb. 2020-ci ilin məlumata əsasən, İranın neft ixracı gündəlik 405 min barelə düşüb ki, bu da dünyanda 18-ci ən yüksək göstəricidir.Vasif






