“ABŞ-la qarşıdurmadan qorxmuruq” – Çinin Xarici İşlər naziri
Kateqoriya məlum deyil
"Çin hakimiyyəti ABŞ-la qarşıdurmadan qorxmur, lakin əməkdaşlığa da hazırıq”.
Sfera.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi deyib.
"Əməkdaşlıq hər iki tərəfə sərf edir, amma düşmənçilik həm Çinə, həm də ABŞ-a ziyan vuracaq. Çin ABŞ-la dialoqa hazırdır, amma bu, bərabər və qarşılıqlı olmalıdır. Ümid edirəm ki, ABŞ liderlər arasında əldə olunan konsensusa uyğun hərəkət edəcək və verdiyi vədləri yerinə yetirəcək”, - çinli diplomat bildirib.
Turan Rzayev
Sfera.az






