BMT Rusiyanın irəli sürdüyü qətnaməni qəbul etdi
Kateqoriya məlum deyil
BMT Baş Assambleyası nasizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizə üçün Rusiya tərəfindən irəli sürülən qətnaməni qəbul edib.
Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyinin tviter hesabında məlumat yayılıb.
Bildirilir ki, 130 ölkə qətnamənin lehinə, iki ölkə - ABŞ və Ukrayna isə əleyhinə səs verib. 49 ölkə isə bitərəf qalıb.






