Logo

Liviyada silahlılar hökumət binasını və Müdafiə Nazirliyini ələ keçirdi

Liviyada silahlılar hökumət binasını və Müdafiə Nazirliyini ələ keçirdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Liviyada silahlılar Milli Razılıq Hökumətinin mənzil-qərargahını və Müdafiə Nazirliyinin binasına daxil olublar.

Sfera.az xəbər verir ki, məlumatı "RİA Novosti” yayıb.

Bildirilib ki, Tripolinin bir sıra rayonlarında elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Hadisələrdə paytaxtda fəaliyyət göstərən silahlı qruplaşmalardan heç birinin adı hallanmır.

Xatırladaq ki, dekabrın 24-də Liviyada prezident seçkisi keçiriləcək.

Qeyd edək ki, Liviya Ali Şurasının sədri Xalid Mişri dekabrın 11-də jurnalistlərə açıqlamasında ölkəsində Rusiyanın "Vaqner” adlı özəl hərbi şirkətinin 7 min muzdlusunun olduğunu söyləmişdi. O, bu yaraqlıların Liviyanın mərkəzini ələ keçirməyə çalışdıqlarını da vurğulamışdı.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR