Logo

Entoni Blinken Türkiyənin Ermənistanla bağlı qərarını dəstəklədi

Entoni Blinken Türkiyənin Ermənistanla bağlı qərarını dəstəklədi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-ın dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Ermənistanla əlaqələrin normallaşdırılacağı ilə bağlı fikirlərinə münasibət bildirib.

Sfera.az xəbər verir ki, E.Blinken deyib ki, rəsmi Ankaranın Ermənistanla dialoqa başlamaq üçün xüsusi nümayəndə təyin edəcəyi barədə qərarını dəstəkləyir.

"Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Ermənistanın iki ölkə arasında əlaqələrin normallaşması üçün dialoqa başlamaqla bağlı xüsusi nümayəndələr təyin edəcəklərinə dair qərarlarını məmnuniyyətlə qarşılayır və tam dəstəkləyirik”, - dövlət katibi tviter hesabında yazıb.

Qeyd edək ki, M.Çavuşoğlu dekabrın 13-də Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı Ermənistanla əlaqələrin normallaşdırılması istiqamətində addımların atılacağını bildirmişdi: "Yaxın vaxtda Ermənistanla əlaqələrin normallaşması üçün qarşılıqlı xüsusi nümayəndələr təyin eədəcyik. Hər addımla Azərbaycanla birlikdə hərəkət edəcəyik”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR