Logo

Putin Makronla Qarabağdakı vəziyyəti müzakirə etdi

Putin Makronla Qarabağdakı vəziyyəti müzakirə etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı olub.

Sfera.azxəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı ölkə liderləri Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Vladimir Putin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2021-ci il noyabrın 26-da Soçidə üçtərəfli görüşünün əsas nəticələri barədə məlumat verib.

Rusiya Prezidenti, həmçinin fransalı həmkarına atəşkəs rejiminə riayət edilməsi, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə tədbirlərin həyata keçirilməsi barədə danışıb.

"Avropa İttifaqı strukturlarının rəhbərlərinin İlham Əliyev və Nikol Paşinyanla 2021-ci il dekabrın 15-nə planlaşdırılan görüşünün faydalı olacağına ümid ifadə olunub”, - məlumatda bildirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR