Logo

“Omicron”a qarşı hərəkətə keçildi – İlk dəfə Türkiyədə tətbiq ediləcək

“Omicron”a qarşı hərəkətə keçildi – İlk dəfə Türkiyədə tətbiq ediləcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

COVID-19-un yeni variantının Türkiyədə də aşkar olunmasından sonra ölkənin Səhiyyə Nazirliyi hərəkətə keçib.

Sfera.az bildirir ki, digər tərəfdən nazirlik "Omicron” variantının dünyada olduğu kimi, Türkiyədə də izlənildiyini, genomik müşahidə modeli vasitəsilə mutasiya axtarışının ilk dəfə burada tətbiq edildiyini açıqlayıb.

"Ölkəmizdə inkişaf etdirilən genomik müşahidə strategiyası - PCR kimi geniş istifadə olunan bir üsulla mutasiyalar araşdırılır. Şübhəli görünən pozitiv nümunələr analiz üçün Ankaradakı Milli Virusologiya Referans Laboratoriyasına göndərilir. Burada genom ardıcıllığının təhlili üsulu ilə variantların növü müəyyən edilir və alınan nəticələr beynəlxalq elmi platformalarda paylaşılır”, - deyə qurumun yaydığı məlumatda qeyd olunub.

Qeyd edək ki, ümumilikdə 57 ölkədə rast gəlinən "Omicron” variantı sözügedən ölkədə 6 xəstədə müəyyən edilib. Türkiyənin səhiyyə naziri Fahrettin Koca xəstələrin 5-nin İzmir, 1-nin İstanbulda olduğunu açıqlayıb.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR