Logo

Bizi sürprizlərlə dolu günlər gözləyir - Saakaşvili

Bizi sürprizlərlə dolu günlər gözləyir - Saakaşvili
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
21 dekabr tarixində Nika Meliya tərəfindən elan edilmiş etiraz aksiyası mənim üçün çox önəmlidir. Hazırda həlledici addımlar ölkə üçün, həmçinin mənim həyatımın xilası üçün çox vacib bir yoldur.

Sfera.az xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili sosial şəbəkə hesabında bildirib.

"Mən yaxşı görürəm ki, DTX inamsızlıq və vəziyyəti gərginləşdirmək üçün illüziya yaradır. Vahid Milli Hərəkata və Nika Meliyaya qarşı hücumlar sadəcə Bidzina İvanişvili və DTX üçün faydalı bir işdir.

Onlar üçün Vahid Milli Hərəkatın 1 milyonluq dəstəkçisi soyğunçu bandanın qaçılmaz sonu deməkdir. Buna görə də xahiş edirəm, vahid platformada kiçik və ya böyük aktiv vətəndaş qrupları ilə birlikdə dayanaq.

Bu dəfə İvanişvilinin hiylələri işləməyəcək. Bizi çox aktiv və sürprizlərlə dolu günlər gözləyir", - Saakaşvili qeyd edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR