"Ukraynanı işğal etmək kimi planımız yoxdur" - Putindən G7-ə CAVAB
Kateqoriya məlum deyil
Bazar günü İngiltərənin Liverpul şəhərində keçirilən G7 sammitinin əks-sədaları davam edir.
Sfera.az xəbər verir ki, G7 sammitində Rusiyaya qarşı edilən xəbərdarlığa Putindən sərt cavab gəlib.
Belə ki, G7 ölkələri Rusiyaya Ukraynaya müdaxilə etsələr, "böyük nəticələrlə” üzləşəcəkləri barədə xəbərdarlıq etdikdən sonra Moskvanın cavabı gecikməyib.Rusiya prezidenti Vladimir Putin Rusiyanın Ukraynanı işğal etmək planının olmadığını vurğulayıb.
Britaniyanın "Daily Mail" qəzetində yer alan xəbərə görə, Putin Böyük Britaniya və onun müttəfiqlərini G7 xəbərdarlığından sonra ölkəsini "şeytanlaşdırmaqda” günahlandırıb.
Kreml bölgədə ordunun gücləndirilməsi ilə bağlı xəbərləri qəti şəkildə təkzib edir. Lakin 2014-cü ildə Rusiya oxşar iddialarla çıxış edib və daha sonra Krımı ilhaq etmişdi.Əzizə Zeynal






