Blinken Britaniyanın xarici işlər naziri ilə görüşdü
Kateqoriya məlum deyil
ABŞ Dövlət katibi Entoni Blinken Böyük Britaniyanın xarici işlər naziri Liz Trussla görüşüb.
Sfera.az xəbər verir ki, görüş Liverpul şəhərində keçiriləcək G7 XİN rəhbərlərinin toplantısı ərəfəsində keçirilib.
Blinken və Trass arasındakı görüş zamanı İranın nüvə sazişinə qoşulmasının zəruriliyi vurğulanıb, texnologiya və təhlükəsizlik kimi sahələrdə gələcək əməkdaşlığa dair razılaşıblar. Azadlığın və demokratiyanın müdafiəsi və təşviqinin vacibliyi və buna nail olmaq üçün G7-də birliyinin zəruriliyi barədə razılığa gəliblər.
Qeyd edək ki, G7 XİN başçılarının görüşü dekabrın 11-12-də Liverpul Muzeyində keçiriləcək.
(apa)






