Logo

Fransanın yeni prezidenti qadın ola bilər- Makronun əsas rəqibi bəlli oldu

Fransanın yeni prezidenti qadın ola bilər- Makronun əsas rəqibi bəlli oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fransada 2022-ci ilin aprelində keçiriləcək prezident seçkiləri öncəsi keçirilən rəy sorğuları Respublikaçılar Partiyasının (LR) namizədi Valeri Pekresin Fransa prezidenti Emmanuel Makrona qalib gələ biləcəyini göstərir.

Sferaz.az xəbər verir ki, Makronun ən güclü rəqiblərindən biri kimi göstərilən Pekressin qalib gələcəyi təqdirdə Fransanın ilk dəfə qadın prezidenti olacaq.

"Elabe" araşdırma firmasının son sorğusu göstərib ki, seçkilər bu gün keçirilsəydi, Pekress Makronu 48-52% səslə qabaqlayardı.

Pekressin yaxın komandasının üzvü və Fransanın Hauts-de-Seine bölgəsinin senatoru Roker Karotuçi onun 12 milyon əhalisi olan Paris bölgəsini idarə etmək təcrübəsilə güvənilən bir fiqur olduğunu söyləyib.

Rəqibləri də daxil olmaqla, bir çoxları Pekressi kifayət qədər təcrübəli hesab edir, lakin bəzi eçicilər onu çox ciddi, iddialı və siyasi xadim kimi darıxdırıcı hesab edirlər.

Fransanın IFOP sorğu şirkətinin sözçüsü Philippe Dubrelle isə Pekresi belə qiymətləndirib: "Mən Pekressin darıxdırıcı olduğunu söyləməzdim, lakin onun Fransa siyasətinə bənzərsiz bir səs gətirdiyini söyləməzdim",-deyə bildirib.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR