“Taliban”ın Müdafiə Nazirliyinin sözçüsü "Kurtlar Vadisi" pərəstişkarı imiş
Kateqoriya məlum deyil
Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban” qruplaşmasının müdafiə nazirinin mətbuat katibi İnayətullah Xarəzmi "1TV” telekanalında ona ünvanlanan bir çox sualı cavablandırıb.
Sfera.az xəbər verir ki, o, aparıcının "Sonuncu dəfə nə vaxt və hansı filmə baxmısınız?" sualına "Kurtlar Vadisi”, - deyə cavab verib.
Bu ilin avqust ayının ortalarında heç bir döyüş olmadan paytaxt Kabilə daxil olan və idarəçiliyi ələ keçirən "Taliban”a bağlı bir çox rəsmi şəxs ölkədə yayımlanan televiziya proqramlarına qatılırlar. Onlar siyasi müzakirə proqramları ilə yanaşı, axşam saatlarında yayımlanan tok-şoularda da çıxış edirlər.İnci
Sfera.az





