Şimali Kipr lideri: “Qarabağ zəfəri bizim də zəfərimizdir"
Kateqoriya məlum deyil
"Azərbaycan bizim qardaş dövlətimizdir”.
Sfera.az xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycandan olan bir qrup media nümayəndəsini videoformatda qəbul edərkən səsləndirib.
"Qarabağ zəfəri bizim də zəfərimizdir. Şimali Kipr türkləri də sizlər kimi soyqırımların qurbanı olublar. Biz eyni millətin övladlarıyıq”, - o bildirib.






