Baydenlə Zelenskinin telefon danışığı oldu
Kateqoriya məlum deyil
ABŞ Prezidenti Co Baydenlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski 1,5 saat davam edən telefon danışığının detallarını açıqlayıb. O, Baydenlə Rusiya Prezidenti Vladimir Putinlə söhbətini, Donbasdakı münaqişənin həlli məsələsini və Ukraynada islahatları müzakirə etdiyini bildirib.
"Cənab Baydenlə saat yarımlıq söhbətimi bitirdim. ABŞ prezidenti məni Vladimir Putinlə danışıqlarının məzmunu ilə tanış etdi. Biz donbasdakı münaqişənin həlli üçün mümkün formatları da müzakirə etdik, Ukraynada daxili islahatların gedişinə toxunduq”, - deyə Zelenski Tvitter səhifəsində yazıb.






