Logo

Həbsdə olan jurnalistlərin sayı rekord həddə çatdı

Həbsdə olan jurnalistlərin sayı rekord həddə çatdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünyada həbsdə olan jurnalistlərin sayı rekord həddə çatıb.

Sfera.az bildirir ki, Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) illik hesabatında, 2021-ci ildə peşə fəaliyyətlərinə görə həbs olunan jurnalistlərin sayının 293-ə çatdığı açıqlanıb. Komitə son 6 ildə həbsdə olan jurnalistlərin sayının artdığını qeyd edib.

Məlumata görə, Çində 50, Myanmada 26 , Misirdə 25, Vyetnamda 23, Belarusda 19 jurnalist dəmir barmaqlıqlar arxasına salınıb. Siyahıda,  həmçinin Səudiyyə Ərəbistanı, İran, Türkiyə, Rusiya, Efiopiya kimi ölkələr də yer alıb. Bu rəqəmin 2020-ci ildə 280 olduğu bildirilib.

Myanma və Efiopiyada vəziyyətin dəhşətli olduğunu vurğulayan komitənin direktoru Coel Simon "Vəzifəsi xəbər hazırlamaq olan jurnalistlərin həbsə atılması avtoritar rejimlərin fərqli xüsusiyyətidir”, deyə söyləyib.

Qurum 2021-ci ildə ümumilikdə 24 jurnalistin qətlə yetirildiyini də qeyd edib. Bildirilib ki, onlardan 19-u məhz vəzifəsini yerinə yetirərkən öldürülüb.

"Meksika jurnalist ölümlərində birinci yerdədir" deyən Simon, sözügedən ölkədəki  6 jurnalistin qətli ilə bağlı araşdırmaların davam etdiyini əlavə edib.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR