Logo

İsrail və ABŞ müdafiə nazirləri İranın nüvə proqramını müzakirə edəcək

İsrail və ABŞ müdafiə nazirləri İranın nüvə proqramını müzakirə edəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İsrailin müdafiə naziri Benni Qantz ABŞ-a səfər edib.

Sfera.az xəbər verir ki, bu barədə Benni Qantz "Twitter" hesabında bildirib.

O, səfəri çərçivəsində ABŞ müdafiə naziri Lloyd Ostin və dövlət katibi Entoni Blinkenlə görüşəcək.

"Görüşlərdə İsrailin regionda təhlükəsizlik sahəsində üstünlüyünü qoruyub saxlamağın yolları və təhlükəsizlik problemləri, o cümlədən İranın təcavüzü ilə mübarizə müzakirə olunacaq.

İran dünya sülhü, region üçün təhlükədir və İsrail üçün eksistensial təhlükəyə çevrilir. Müzakirələrdə biz İranın regionda fəaliyyətini genişləndirməyə imkan verəcək nüvə hədəflərinə çatmaq cəhdinin dayandırılması üçün mümkün fəaliyyət istiqamətini vurğulayacağıq", - Benni Qantz qeyd edib.

(apa)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR