Logo

Dünyada ən uzun tıxacların yaşandığı şəhərlərin SİYAHISI

Dünyada ən uzun tıxacların yaşandığı şəhərlərin SİYAHISI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Inrix” naviqasiya xidməti dünyanın iri şəhərlərində yollarda nəqliyyatın hərəkətini təhlil edib və müəyyən edib ki, ən ləng nəqliyyat Londondadır. Böyük Britaniyanın paytaxtı 2021-ci ildə ən uzun tıxacların yaşandığı yerlərin reytinqinə başçılıq edir.

Sfera.az xəbər verir ki, 2021-ci ildə London sürücüləri tıxaclara orta hesabla 148 saat sərf ediblər - bu, koronavirus pandemiyasından əvvəlkindən cəmi bir faiz az və digər meqapolislərdən isə xeyli çoxdur.

Yolların yüklənməsinə görə növbəti yerdə Paris gəlir - bu il orada sürücülər orta hesabla 140 saat tıxacda qalıblar.

Siyahıda üçüncü yerdə Brüssel (134 saat), dördüncü yerdə Moskva (108) və beşinci yerdə isə Nyu-York (102) qərarlaşıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR