Logo

COVID-19-a qarşı yüksək dəqiqliyə malik test ixtira olundu

COVID-19-a qarşı yüksək dəqiqliyə malik test ixtira olundu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İnsanın ağız suyunun antigenlərin analizinə əsasən koronavirusun, o cümlədən "omikron” ştamının mövcud olub-olmamasını 97 faiz dəqiqliklə təyin edən yeni sürətli test yaradılıb.

Sfera.az xəbər verir ki, Sinqapur Milli Universiteti, Milli Onkologiya Mərkəzi və Ümumi Xəstəxana ekspertlərinin birgə çalışması olan yeni test qarşıdakı 3 ay ərzində bazara çıxarılacaq.

Müəlliflərə görə, cavabı 15 dəqiqə ərzində verilən testin dəqiqliyi PCR səviyyəsində, yəni 97 faizə yaxındır. Üstəlik bu testdən istənilən vaxt, o cümlədən yeməkdən sonra istifadə edilə bilməsi də onun üstün cəhətidir.

Mövcud testlərin əksəriyyətinə nisbətən daha ağrısız olan yenisi həm kütləvi, həm də ev şəraitində tətbiq edilə bilər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR