Saakaşvili məhkəmədə iştirak etməyəcək
Kateqoriya məlum deyil
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili dekabrın 9-da keçiriləcək məhkəmədə iştirak edə bilməyəcək.
Sfera.az xəbər verir ki, bu barədə eks-prezident özü məlumat verib.
"Səhhətimlə əlaqədar sabahkı prosesdə iştirak etməyəcəm. Məni məhkəməyə getməyə vadar edən yeganə şey o insanların (Saakaşvilinin sərhədi keçməsinə yardım edənlər - red.) bir neçə aydır təzyiqlərə məruz qalması idi. Bu insanlar dərhal azadlığa buraxılmalıdırlar”, - Saakaşvili Feysbukda yazıb.
Qeyd edək ki, Saakaşvilinin ilk məhkəmə iclası noyabrın 16-da baş tutub. Sabah keçiriləcək məhkəmədə onun sərhədi qanunsuz keçməsinə dair işə baxılacaq.






