Logo

Ərdoğan vətəndaşları səbirli olmağa çağırır

Ərdoğan vətəndaşları səbirli olmağa çağırır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Türkiyə Qətərlə indiyədək 84 müqavilə bağlayıb və bu iki ölkə arasındakı əməkdaşlığın səviyyəsini daha da yüksəldib. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında bildirib.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Ərdoğan deyib ki, Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikəri arasında başlanan yeni mərhələ əməkdaşlığın hər iki ölkənin iqtisadiyyatına müsbət təsir göstərəcəyinə ümid edir:

"Türkiyənin qurtuluşunu qlobal mənfəətə hədəflənməsində deyil, sərmayə yatırımı və məşğuliyyətdə görürük. Hədəfimiz sərmayə yatırımı ilə məşğulluq, istehsalat, ixracat və böyüməni daha da irəliyə aparmaqdır”.

Türkiyənin yeni yol xəritəsinə başladığını deyən Ərdoğan xalqa müraciətlə "Millətimizdən bizə etimad etməsini və səbirli olmasını diləyirik”, deyə bildirib.

Türkiyə prezidenti bankda, yaxud özündə xarici valyutası olanları ölkədəki yeni iqtisadi siyasətin yaratdığı fürsətləri dəyərləndirməyə və sərmayə qoyuluşundan çəkinməməyə dəvət edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR