Almaniyanın yeni kansleri seçilib
Kateqoriya məlum deyil
Almaniya Bundestaqının bu gün keçirilən iclasında Olaf Şolts kansler seçilib.
Sfera.az xəbər verir ki, 707 deputatdan 395-i O. Şoltsun namizədliyinin lehinə səs verib.
Bu gün Britaniya ilə İsrail arasında müdafiə və texnologiya tərəfdaşlığı sahəsində müqavilə imzalanacaq
Sosial Demokrat Partiyasının namizədi olan O. Şolts Belvyu sarayında Prezident Valter Ştaynmayerlə görüşəcək. Burada Almaniya Prezidenti onu və 16 nazirdən ibarət yeni kabineti (7-si SPD-dən, 5-i Yaşıllardan və 4-ü FDP-dən) təsdiqləyəcək. Bundan sonra o, parlamentə qayıdaraq and içəcək və səlahiyyətlərinin icrasına başlayacaq.






