Hindistanda Baş Qərargah rəsinin də olduğu hərbi helikopter qəzaya uğradı – Cəmi 3 nəfər sağ çıxdı
Kateqoriya məlum deyil
Hindistanda hərbi helikopter qəzaya uğrayıb.
Sfera.az bildirir ki, helikopterdə hərbçilərlə yanaşı, Baş Qərargah rəisi Bipin Ravatın, həyat yoldaşının və digər ailə üzvlərinin də olduğu iddia edilib. Məlumata görə, 14 nəfəri daşıyan hərbi helikopter Tamil Naduda yerləşən Ooti bölgəsinin yaxınlığında yerə düşüb.
Hadisədən sağ çıxan 3 nəfərin yaralı olaraq yaxınlıqdakı xəstəxanaya yerləşdirildiyi bildirilib. Helikopterdəki digər şəxslərlə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, 2020-ci ilin yanvarında Baş Qərargah rəisi vəzifəsinə təyin edilən Ravat, daha əvvəl Ordu Komandanı vəzifəsində çalışıb.
Günay Rəsulqızı
Sfera.az






