Bu ölkələr vaksini məcburi edəcək
Sfera.az bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluq bəzi Avropa ölkələrində COVID-19-a qarşı peyvəndlərin məcburi tətbiqi ilə bağlı aparılan müzakirələri şərh edərkən deyib.
Qurum rəsmisi ötən ay Avropa bölgəsində 120 min nəfərin koronavirusdan vəfat etdiyini açıqlayıb.
"Vaksin olmasaydı, ölüm nisbəti daha pis olardı”, - deyən Hans Avstriya və Almaniya hökumətlərinin peyvənd məcburiyyəti planından da söz açıb. "Bu plan peyvəndi təşviq edən digər variantlar tükəndikdə tətbiq edilə bilər. Peyvəndin zəruriliyi ilə bağlı ictimaiyyətin hakimiyyət orqanlarına güvəni də nəzərə alınmalıdır. Bir cəmiyyətdə qəbul edilən şeylər digərləri üçün uyğun olmaya bilər”, - deyə Kluq söyləyib.
O, həmçinin Avropa və Mərkəzi Asiyada əhalinin 55 faizinin COVID-19 peyvəndinin iki dozasını vurdurduğunu və ÜST-ün Avropa Regionuna daxil olan 53 ölkədən 43-də "ən həssas təbəqələrə” əlavə dozaların vurulmasını təklif etdiyini də vurğulayıb.
Günay Rəsulqızı
Sfera.az






