Logo

Yeni ildə spirtli içkilərin satışı məhdudlaşdırılsın – TƏKLİF

Yeni ildə spirtli içkilərin satışı məhdudlaşdırılsın – TƏKLİF
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyada Yeni il tətillərində spirtli içkilərin satışının məhdudlaşdırılması, bu müddət ərzində mədəni tədbirlərin pulsuz keçirilməsi təklif edilib.

Sfera.az xəbər verir ki, belə bir təşəbbüslə Dövlət Dumasının deputatı, "Ayıq Rusiya” layihəsinin rəhbəri Sultan Həmzəyev çıxış edib.

"Yeni il ərəfəsində spirtli içkilər vətəndaşlarımızın həyat və sağlamlığını fantastik şəkildə məhv edir, çünki onların bəziləri bayram günlərində "ölçünü” itirirlər”, deyə millət vəkili vurğulayıb.

Rusların çox içməsinin qarşısını almaq üçün S.Həmzəyev kinoteatrlara, teatrlara, muzeylərə, hovuzlara və idman komplekslərinə pulsuz giriş imkanı açmağı təklif edib.

Qeyd edək ki, ilin sonuna kimi "Ayıq Rusiya” layihəsinin rəhbəri bununla bağlı Mədəniyyət Nazirliyinə sorğu göndərəcək.

(lent.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR