Putin Hindistana səfər edib
Kateqoriya məlum deyil
Rusiya Prezidenti Vladimir Putin dekabrın 6-da Hindistana səfər edib.
Sfera.az xəbər verir ki, Putin Nyu Dehlidə Hindistanın Baş naziri Narendra Modi ilə görüşəcək. Liderlərin ikitərfəli əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə edəcəkləri gözlənilir.
Onlar sonuncu dəfə 2019-cu ilin noyabrında Braziliyada BRİKS-in (Braziliya, Rusiya, Hindstan, Çin və Cənubi Afrika Respublikası) Zirvə toplantısı çərçivəsində görüşüblər.






