Logo

Saakaşvili yenidən məhkəməyə çıxarıldı

Saakaşvili yenidən məhkəməyə çıxarıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Gürcüstanın üçüncü Prezidenti Mixail Saakaşvilinin növbəti məhkəmə prosesi keçirilir.

Sfera.az xəbər verir ki, gürcü siyasətçi prosesdə iştirak etmək üçün artıq Tbilisi Şəhər Məhkəməsinə aparılıb.

Mixail Saakaşvilinin ailə üzvləri və partiya üzrə tərəfdaşları da məhkəməyə gəlib.

Qeyd edək ki, bu gün Tbilisi Şəhər Məhkəməsində Saakaşvilinin təqsirləndirildiyi vəsaitlərin mənimsənilməsi işinə baxılacaq. Saakaşvilinin vəkili Şota Tutberidzenin sözlərinə görə, gürcü siyasətçi bu gün məhkəmədə çıxış edəcək.

Xatırladaq ki, Saakaşvili noyabrın 29-u keçirilən məhkəmə prosesində də iştirak edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR