Sərhədlərini bağlayan bu ölkədə “Omicron”a yoluxma halı qeydə alındı
Kateqoriya məlum deyil
Yaponiya sərhədləri bağlasa da, COVID-19-un
yeni növü bu ölkədə də aşkarlanıb.
Sfera.az bildirir ki, ölkədə artıq bir nəfərin "Omicron”a yoluxduğu müəyyən edilib. Belə ki, Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno, bazar günü Namibiyadan Tokio yaxınlığındakı Narita hava limanına gələn və ölkəyə daxil olarkən testi müsbət çıxan 30 yaşlarında bir kişinin yeni varianta yoluxduğunu təsdiqləyib.
Bununla da, sözügedən ölkədə ilk yoluxma halı qeydə alınıb.
Xatırladaq ki, ötən gün Yaponiya Cənubi Afrikada aşkar olunan "Omicron” adlı variantla bağlı kəskin qərar vermiş, sərhədlərini xarici vətəndaşlara qapalı elan etmişdi.
Günay Rəsulqızı
Sfera.az






