"Omikron" təhlükəsinə qarşı SƏRT TƏDBİRLƏR başladı
Kateqoriya məlum deyil
Koronavirusun "Omikron" ştammının yayılması riski bir sıra ölkələri sərt tədbirlərə məcbur edib.
Sfera.az xəbər verir ki, bununla bağlı İsveçrənin Lüsern şəhərində keçirilməsi nəzərdə tutulan 2021-ci il Qış Universiadası ləğv edilib.
Bu barədə Beynəlxalq Universitet İdmanı Federasiyasının mətbuat xidməti bildirib.
Xatırladaq ki, 30-cu Qış Universiadası bu il dekabrın 11-21-də keçirilməli idi. Bundan əvvəl Universiada yanvar ayından təxirə salınmışdı.






