Daha bir ölkə "Omicron" ştamına görə sərhədlərini bağladı
Kateqoriya məlum deyil
Daha bir ölkə koronavirusun yeni növünə görə sərhədləri bağlayıb.
Sfera.az bildirir ki, Yaponiya Cənubi Afrikada aşkar olunan "Omicron” adlı variantla bağlı kəskin qərar verib. Sözügedən ölkə sərhədlərini xarici vətəndaşlara qapalı elan edib.
Yaponiyanın Baş naziri Fumio Kişida qərarın bu həftənin ikinci günündən etibarən qüvvəyə minəcəyini bildirib.
Qeyd edək ki, Yaponiya həftə sonu Afrika qitəsinin 8 ölkəsindən, xüsusən də Cənubi Afrikadan gələn sərnişinlər üçün səyahət məhdudiyyəti qoymuşdu. Eyni zamanda bu ölkələrdən gələn sərnişinlərin əvvəlcədən müəyyən edilən obyektlərdə 10 gün karantində saxlanılmasını və həmin müddətin 3, 6 və 10-cu günlərində PCR testlərindən keçirilməsini tələb etmişdi.
Günay Rəsulqızı
Sfera.az






