SON DƏQİQƏ: Türkiyədə ikinci çevriliş cəhdinin qarşısı alındı - FOTO

SON DƏQİQƏ: Türkiyədə ikinci çevriliş cəhdinin qarşısı alındı - FOTO
Türkiyədə dövlət çevrilişinə cəhddən sonra vəziyyət normallaşmamış ikinci çevrilişə cəhd olunub.
Milli.Az DHA-ya istinadən bildirir ki, Türkiyə Hərbi-Hava Qüvvələrinin Kayseri vilayətindəki Erkilet rayonunda yerləşən 12-ci aviabazasından havaya qalxan 8 hərbi-nəqliyyat təyyarəsi səhər Malatyanın Erhaç rayonundakı 7-ci aviabazaya eniblər. 2 Airbus A400M və 6 C-130 təyyarələrində yüksək rütbəli 39 zabit, çoxsaylı çavuş və əsgərlər, habelə silah-sursat və hərbi texnika vardı.
Həçin hərbçilər Malatyadakı aviabazada F-4E 2020 qırıcı-bombardmançı təyyarələrni ələ keçirərək hərbi çevrilişin ikinci dalğasına başlamaq niyyətində idilər.
Təyyarəərə bomba və raketlər daşınmağa başlanmışdı.
Malatya valiliyi və polis idarəsi bundan xəbər tutan kimi aviabazaya polislər, habelə ARFF adlandırılan hava limanında xilasetmə və yanğınsöndürmə heyətləri yollayıb.
Polislərlə ARFF heyətləri ağır yük maşınlarını uçuş-enmə zolaqlarına sürərək qırıcıların səmaya qalxmasının qarşısını alıblar. Eyni zamanda uçuş-enmə zolağına 12 bomba atılaraq sıradan çıxarılıb.
Aviabazada dövlət çevrilişinin ikinci dalğasını gerçəkləşdirmək istyənlərin həbsi ilə bağlı əməliyyat aparılıb. Tutulan 39 zabit arasında 12-ci aviabazanın komandanı, general-leytenant Cemal Akyıldız da var.
HHQ-nin polkovniki Erhan Baltaçıoğlu isə Kayseridə yaxalanıb.
 
Sfera.az
 





OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...