Logo

51 nəfərin öldüyü mədənin direktoru HƏBS EDİLDİ

51 nəfərin öldüyü mədənin direktoru HƏBS EDİLDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Rusiyanın Kemerovo vilayət məhkəməsi 51 nəfərin ölümü ilə nəticələnmiş hadisə ilə əlaqədar vəziyyətdə "Listvyajnaya" mədəninin direktoru Sergey Maxrakovu 2 ay müddətinə həbs edib.

Sfera.az xəbər verir ki, bu barədə "Ria Novosti” məlumat yayıb.

"Məhkəmə təqsirləndirilən Sergey Maxrakov haqqında 2 ay müddətinə -2022-ci il yanvarın 25-dək həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb”, - hakim bildirib.

Noyabrın 25-də mədən direktoru Maxrakov, onun birinci müavini Andrey Molostvov və sahə rəhbəri Sergey Gerasimenok saxlanılıb, onlar istintaqa görə, istehsalat obyektlərinin sənaye təhlükəsizliyi tələblərini pozublar.

Noyabrın 25-də səhər "Listvyajnaya" mədəni tüstülənəndə, 285 nəfər yerin altında idi. Onların əksəriyyətini çıxara bildilər, mədən xilasediciləri qalanların ardınca gedəndən az sonra partlayış təhlükəsi ilə əlaqədar geri çağırılıblar. Faciə nəticəsində 51 nəfər - 46 şaxtaçı və 5 xilasedici həlak olub.

İlkin məlumatlara görə, hadisəyə metan partlayışı səbəb olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR