Logo

Rudenkodan Soçi görüşü barədə AÇIQLAMA

Rudenkodan Soçi görüşü barədə AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Rusiya tərəfi hesab edir ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşündə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına dair perspektivli istiqamətləri müəyyən etmək mümkün olacaq”.

Sfera.az  xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

"Bu iki ölkədə, Rusiyada, Cənubi Qafqaz regionunda yaşayan bütün insanlar kimi, bizim də gözləntilərimiz regionda çoxdan gözlənilən sülh və sabitliyin tezliklə bərqərar olmasıdır”, - deyə Rudenko bildirib.

Rusiyalı diplomatın sözlərinə görə, Qarabağ regionunda nizamlama prosesində hər kəsə məlum olan problemlər qalmaqdadır. O bildirib ki, bu problemlər nəqliyyat kommunikasiyalarının açılmasına, Azərbaycan - Ermənistan sərhədinin delimitasiyasına aiddir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR