Almaniyanın yeni kənd təsərrüfatı naziri türk olacaq
Sfera.az bildirir ki, bu barədə yerli mətbuat orqanı "Bild” məlumat yayıb. Yaşıllar Partiyasının keçmiş həmsədri Cem Özdemirin yeni hökumətin naziri təyin olunacağı qeyd edilib. Qəzetə görə, bu vəzifəyə partiyanın sözçüsü Steffi Lemke namizəd göstərilsə də, son nəticədə Cem Özdemir üzərində dayanılıb.
"Spiegel” jurnalı isə partiya rəhbərliyinin Cem Özdemirin kənd təsərrüfatı naziri, Steffi Lemkenin ekologiya naziri olmasını istədiyini və beləliklə Anton Hofreiterin sıradan çıxarılacağını yazıb. Almaniyanın yeni kansleri Sosial Demokrat Partiyasının namizədi Olaf Şolz isə koalisiyaya daxil olacaq partiya nümayəndələrinin 10 gün ərzində ortaq hökumət proqramını təsdiqləyəcəyini açıqlayıb.
Kənd Təsərrüfatı nazirliyi ilə yanaşı, baş nazir köməkçisi, Xarici işlər, İqtisadiyyat, Ekologiya kimi nazirliklər də Yaşıllar Partiyasından, Maliyyə, Ədalət, Nəqliyyat, Təhsil nazirlikləri isə Azad Demokrat Partiyasından seçiləcək.
Qeyd edək ki, Angela Merkel hələ də ölkəyə rəhbərlik edir.
Xatırladaq ki, seçkilər sentyabrda keçirilib. Birinci yeri qazanan Sosial Demokrat Partiyası öz deputatlarından hökumət qurmaq üçün kifayət qədər səs toplaya bilməyib. Yeni kansler dekabrın 8-dək rəsmən seçilməlidir.
Günay Rəsulqızı
Sfera.az






