İsrail və Ermənistan sərhəddəki vəziyyəti müzakirə etdi
Kateqoriya məlum deyil
İsrail və Ermənistan xarici işlər nazirləri Yair Lapid və Ararat Mirzoyan arasında telefon danışığı olub.
Sfera.az "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, tərəflər söhbət zamanı Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə ediblər.
Bununla yanaşı, nazirlər iki ölkə arasında münasibətlərin cari vəziyyəti və ikitərəfli əlaqələrin perspektivləri barədə fikir mübadiləsi də aparıblar.






