Logo

“Squid Game” izləyən şəxs edama məhkum olunub – Şimali Koreyada

“Squid Game” izləyən şəxs edama məhkum olunub – Şimali Koreyada
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şimali Koreyada "Squid Game” izləyən şəxs edama məhkum edilib.

Sfera.az xəbər verir ki, Çinə səfər edən şimali koreyalı tələbə oğlan  evə qayıdarkən özü ilə diskdə "Netflix” platformasında yayımlanan Cənubi Koreya serialı "Squid Game”in surətini gətirib.

Tələbə məşhur serialın rəqəmsal surətini Çin sərhədindəki Şimali Hamqyonqda bir çox insana satıb. Serialı alanlar arasında onun dostları da olub.

Ötən həftə Şimali Koreyanın müvafiq hüquq-mühafizə orqanı həmin şəxsi yaxalayıb. O, güllələnərək edam olunacaq.

Qeyd edək ki, dünyanın ən qapalı ölkəsi olan Şimali Koreyada düşmən Cənubi Koreya və Qərb ölkələrindən gətirilən bütün filmlər, televiziya şouları, mahnılar və digər məhsullar qadağandır.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR