Miqrantlara qarşı partlayıcı maddələr istifadə edilib - VİDEO
Kateqoriya məlum deyil
Belarus-Polşa sərhədində Avropaya getmək istəyən miqrantların Avropa İttifaqının sərhədlərindən geri göndərilməsinin və onlara qarşı partlayıcı maddələr istifadə olunmasının davam etdiyi açıqlanıb.
Sfera.az xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsi video paylaşıb.
Videoda Polşa sərhədindən bir qrupun Belarus ərazisinə getməkdən imtina edərək, Polşa sərhədə qaldığını və bu ölkəyə sığındığı açıqlanıb.
Həmçinin qeyd edilib ki, Polşa əsgərləri qaçqınları dağıtmaq üçün partlayıcı maddələr və gözyaşardıcı qazdan istifadə edib.






