Logo

“Sübut olundu ki, Gürcüstanda demokratiya yoxdur!”

“Sübut olundu ki, Gürcüstanda demokratiya yoxdur!”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili vətənə döndükdən sonra saxta ittiham və əsassız sanksiyalarla həbs edilib. Həbs edildikdən dərhal sonra o etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb. 50 gündür, davam edən aclıq aksiyası artıq onun səhhətində ciddi fəsadlar yaratmaqdadır”.

Bu sözləri Sfera.az-a açıqlama verən Gürcüstanın Vahid Milli Hərəkat partiyasının üzvü Rəfi Orucov Gürcüstanda baş verən son proseslər və eks-prezident Mixail Saakaşvilinin səhhəti haqda danışarkən deyib.

Onun sözlərinə görə, Saakaşvilinin analiz nəticələri ürəkaçan deyil:

"Təəssüf ki, onun səhəti gündən-günə pisləşir. Dünən isə huşunu itirərək yıxıldı. Hazırda Saakaşvilini reanimasiya şöbəsinə qaldırıblar. İnsan haqları müdafiəçiləri, beynəlxalq təşkilatlar, habelə Avropa İnsan Haqları Məhkəməsinin tələblərinə baxmayaraq Mixail Saakaşvili mülki xəstəxanaya yerləşdirilmir.
Bir daha göründü ki, Gürcüstanda demokratiya yoxdur, insan haqqları, təhlükəsizliyi təmin edilmir, seçki oğurlanır və diktatura hökm sürür. Mixail Saakaşvili müasir Gürcüstanın qurucusudur, ölkəmizi inkişaf etdirən dünya şöhrətli lider və reformatordur. Bizim ona etiyacımız var. Vətəndaş olaraq ədalətin, haqqın, demokratiyanın təmin edilənədək mübarizəmiz davam edəcək”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR