Saakaşvili aclıq aksiyasını DAYANDIRIR
Kateqoriya məlum deyil
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili həbsxanadan Qori hərbi hospitalına köçürüləcək.
Sfera.az xəbər verir ki, bu barədə onun vəkili Nika Qvaramiya məlumat yayıb.
Vəkil bildirib ki, Saakaşvili xəstəxanada oktyabrın 1-də başladığı aclıq aksiyasına son qoyacaq.
"Saakaşvili bu gün Qori hərbi hospitalına köçürüləcək, dəqiq vaxt deməyəcəyəm, çox gec olacaq. Xəstəxanaya çatan kimi aclıq aksiyasını dayandıracaq", - deyə vəkil bildirib.
Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb, eyni zamanda aclıq aksiyasına başlayıb.
Gürcüstan hakimiyyəti Saakaşvilini azad etməkdən imtina edir. Baş nazir İrakli Qaribaşvili bildirib ki, eks-prezident uzun müddət həbsdə qalacaq.






