Saakaşvili həbsxanada huşunu itirdi
Kateqoriya məlum deyil
Oktyabrın 1-dən aclıq aksiyası keçirən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili huşunu itirib.
Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə onun vəkili Beka Basilaya bildirib.
"O, vəkillərlə görüşə çıxanda yıxıldı. Huşsuz idi, göz qapaqlarını açdılar. Xərəklə harasa apardılar”, - deyə vəkil qeyd edib.
***
Gürcüstan Penitensiar Xidməti huşunu itirərək yıxılan eks-prezident Mixail Saakaşvilinin səhhəti ilə bağlı məlumat yayıb.
Məlumata görə, Saakaşvilinin vəziyyəti stabildir və vəkili Nika Qvaramiya onun yanındadır.
Qvaramiya isə jurnalistlərə açıqlamasında bildirib ki, Saakaşvili reanimasiyaya yerləşdirilib. Reanimatoloqun sözlərinə görə, eks-prezidentin təzyiqi 180-ə qalxıb.
Həkimlər qrupu Saakaşvilinin vəziyyəti pisləşdikdən sonra səhiyyə naziri Yekaterina Tkaradze ilə görüşə yollanıb.






