Türk hərbçiləri Qafqazda təlimə başladı
Kateqoriya məlum deyil
Gürcüstanda Kanada, Litva, Polşa, Türkiyə və Ukrayna hərbçilərinin iştirakı ilə "Maple Arch - 2021” çoxmillətli komanda qərargah təlimi başlayıb.
Sfera.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Gürcüstan "Maple Arch - 2021” komanda-qərargah təlimlərinə ilk dəfə ev sahibliyi edir.
Təlimin məqsədi iştirakçı ölkələrin silahlı qüvvələrinin müdafiə sahəsində əlaqələrini dərinləşdirmək, sülhməramlı əməliyyatların planlaşdırılması və həyata keçirilməsində NATO standartlarına daha da yaxınlaşdırmaq, effektiv qərarlar qəbul etməkdir.Turan Rzayev






