İran nüvə silahı hissələri istehsal etməyə başlayır – “Wall Street Journal”
"Wall Street Journal”da dərc olunan xəbərdə İranın avqustun sonundan etibarən məhdud miqyasda işləri bərpa etdiyi iddia edilib.
Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, iddialara görə, İran Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) aylardır nəzarət edə bilmədiyi və ya daxil ola bilmədiyi yerdə özünün qabaqcıl nüvə sentrifuqaları üçün avadanlıq istehsalını bərpa edib.
Qərb diplomatlarına istinadən "Wall Street Journal” yazıb ki, Vyanada davam edən danışıqlara baxmayaraq, İran avqustun sonundan etibarən Tehranın qərbindəki Kərəc şəhərindəki montaj zavodunda məhdud miqyasda işi bərpa edib.
Hesabatda o vaxtdan bəri istehsalın sürətləndiyi və daha təkmil sentrifuqalar üçün naməlum sayda rotor və üfleyicilərin istehsal edildiyi iddia edilir.
Diplomatlar İranın avqustun sonundan etibarən əhəmiyyətli miqdarda sentrifuqa hissələri istehsal etdiyini iddia edərkən, diplomatlardan biri hissələrin ən azı 170 qabaqcıl sentrifuqa üçün istehsal edildiyini bildirib.
Diplomatlar Tehranın yenidən nüvə silahı proqramına keçəcəyi təqdirdə istehsal edilən sentrifuqa hissələrini gizli şəkildə daşıya biləcəyindən narahat olduqlarını iddia ediblər.
Sentrifuqalar zənginləşdirilmiş uranın daha yüksək saflıq səviyyəsinə çıxarılması məqsədilə mülki məqsədlər üçün və ya nüvə silahı üçün istifadə olunur.Vasif






