Logo

ABŞ-ın Avropa Komandanlığının rəhbəri Gürcüstanda səfərdədir

ABŞ-ın Avropa Komandanlığının rəhbəri Gürcüstanda səfərdədir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-ın Avropadakı Xüsusi Əməliyyatlar Komandanlığının komandanı, general-mayor Devid Tabor Gürcüstana ilk dəfə işgüzar səfər edib.

Sfera.az  xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə naziri Cuanşer Burçuladze D.Taborla görüş keçirib. Nazir ABŞ tərəfinə daimi və artan dəstəyə görə təşəkkürünü bildirib. Tərəflər Gürcüstanın Müdafiə Qüvvələrinin modernləşdirilməsi üzrə cari və planlaşdırılan prosesləri, iki ölkə arasında müdafiə sahəsində birgə layihələri müzakirə ediblər.

D.Tabor həmçinin Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Giorgi Matiaşvili ilə də görüşüb. Müzakirələr zamanı Gürcüstan və ABŞ-ın Avropadakı Komandanlığı arasında əməkdaşlığın daha da dərinləşdiriləcəyinə ümidvarlıq ifadə olunub.

(report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR