Logo

NATO Baş katibi Rusiyaya çağırış etdi

NATO Baş katibi Rusiyaya çağırış etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Rusiyanı eskalasiyadan çəkinməyə, gərginliyi azaltmağa çağırırıq”.

Sfera.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

NATO Baş katibi bildirib ki, son zamanlar Rusiya hərbi qüvvələrinin Ukrayna ilə sərhədə cəmləməsi müşahidə olunur.

"Biz daha əvvəl Rusiyanın Ukraynaya qarşı aqressiv yanaşmasının, hərbi qüvvələrdən istifadə niyyətini və təcrübəsini görmüşük. Rusiyanı bu qüvvələri hansı məqsədlə toplaması barədə şəffaf olmağa, eskalasiya yaratmamağa və gərginliyi azaltmağa çağırırıq. Öncə də qeyd etdiyim kimi daha əvvəl Rusiyanın Ukraynaya qarşı aqressiv fəaliyyətini görmüşük, bu təkcə sərhəddə deyil, Ukraynanın daxilində - Krımda və Donbasda baş verib. Ona görə də Rusiyanın potensial aqressiv fəaliyyəti ilə bağlı diqqətli olmalıyıq”, - Y. Stoltenberq vurğulayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR