Logo

Avropa İttifaqı müntəzəm hərbi təlimlər keçirəcək

Avropa İttifaqı müntəzəm hərbi təlimlər keçirəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avropa İttifaqı (Aİ) 2023-cü ildə özünün tarixdə ilk hərbi təlimlərini keçirməyi planlaşdırır.

Sfera.az xəbər verir ki, bu barədə İspaniyanın "El Pais" qəzeti yazır. Qeyd olunur ki, bu barədə Aİ-nin "Strateji kompas" adlı təhlükəsizlik konsepsiyasında deyilir.

Sənədə əsasən, 2023-cü ildən başlayaraq Avropa İttifaqının müntəzəm hərbi təlimlərinin, o cümlədən hərbi-dəniz təlimlərinin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bir neçə gün əvvəl Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrel Aİ-nin "Strateji kompas" adlı təhlükəsizlik konsepsiyasının 2022-ci ilin yazınadək qəbul oluna biləcəyini bildirmişdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR