Xorvatiya - Rusiya matçından öncə insident baş verdi
Kateqoriya məlum deyil
Splitdə Xorvatiya və Rusiya yığmaları arasında keçiriləcək 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə insident baş verib.
Sfera.az-ın "Sport-express" nəşrinə istinadən məlumatına görə, yerli polislər qonaq komandanın azarkeşlərinin olduğu barı mühasirəyə alıblar. Əyləncə məkanına giriş-çıxışa icazə verilmir.
Bu addımın hansı səbəbdən atıldığı hələlik məlum deyil.






