Logo

Suriyada terrorçular hərbçiləri pusquya saldı, 13 nəfər həlak oldu

Suriyada terrorçular hərbçiləri pusquya saldı, 13 nəfər həlak oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Suriyanın Deyr əz-Zor əyalətində terrorçular ölkə ordusunun hərbçilərini və "milli müdafiə qüvvələri”nin silahlılarını pusquya salıb.

Sfera.az xəbər verir ki, bu barədə "Al Jadeed” telekanalı məlumat yayıb.

Məlumata görə, pusqu zamanı azı 13 hərbçi öldürülüb. Qeyd edilir ki, hərbçilər Misrab rayonunda İŞİD silahlıları tərəfindən pusquya salınıb.

Hökumət qüvvələri terrorçuları geri oturdublar və onları səhranın dərinliklərinə çəkilməyə məcbur ediblər. Atışma zamanı habelə bir neçə hərbçi xəsarət alıb. Onların sayı açıqlanmır. Yaralılar xəstəxanaya yerləşdirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR