Le Drian Blinkenlə İran və Ukraynanı müzakirə etdi
Kateqoriya məlum deyil
Fransanın xarici işlər naziri Jan-İv Lö Drian və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon daşığı olub.
Sfera.az xəbər verir ki, bu barədə özünün "Twitter" səhifəsində Fransanın XİN rəhbəri yazıb.
O, bildirib: "Bu gün axşam amerikalı həmkarım Entoni Blinkenlə danışıqlar apardım".
Onun sözlərinə görə, danışıqlar zamanı Ukraynada hazırkı vəziyyət və İranla danışıqların bərpası məsələsi müzakirə edilib.






