Logo

Ərdoğan Qarabağdakı türk hərbçilər ilə bağlı sənəd imzaladı

Ərdoğan Qarabağdakı türk hərbçilər ilə bağlı sənəd imzaladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatı daha bir il uzadılıb.

Sfera.az "Resmi Gazete”yə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı qanun layihəsini təsdiq edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə Böyük Millət Məclisində (TBMM) Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının daha bir il uzadılması barədə qanun layihəsi müzakirə olunub. Keçirilən səsvermədən sonra layihə qəbul edilib.

Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR